29 iyun 2024-cü il saat 12.00-da “Puta-Nəqliyyat-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Qobu-Güzdək-Puta yolunun 3-4-cü kilometrliyi 3, inzibati bina ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinə aid idarə heyətinin hesabatı və illik hesabatların təsdiqi.
2. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.