“Qara Dəniz Ticarət və İnkişaf Bankı”nın prezidenti Dmitri Pankin adı çəkilən beynəlxalq maliyyə qurumunun Azərbaycan manatında istiqraz emissiyası ilə bağlı jurnalistlərə açıqlamasınad bildirib ki, beynəlxalq təşkilat olaraq bu layihəni Azərbaycanda reallaşdırmaqlarına çox şaddırlar.
“Azərbaycanda kapital bazarlarında bunu edən ilk biz olduq. Bildiyiniz kimi bir sıra beynəlxaq maliyyə inistutları bu kimi kapital bazarlarına çox böyük maraq göstərir. Biz də Azərbaycan da bunların sırasındayıq. Biz də beynəlxalq təsisatların sırasın da ilk olaraq bütün mərhələlərdən keçərək, bütün qaydalara riayət edərək. Bu cür istiqrazların emissiyasını Azərbaycanda gerçəkləşdirdik. İndi isə ümud edirik bizim digər həmkarlarımız maliyyə inustutları da bu yolu gedərək bizim təcrübədən yararlana bilərlər.” – deyə Dimitri Pankin bildirib.
FED.az xəbər verir ki, Azərbaycanda bazar araşdırması etdiklərini bildirən beynəlxaq maliyyə qurumun rəhbəri həmçinin Azərbaycanda qiymətli kağızlar bazarında araşdırma etdiklərini bildirdi.
“Ümumilikdə fikrimiz odur ki, Azərbaycanda qiymətli kağızlar bazarı təkmilləşməlidir və bu səbəbdəndə yerli istiqrazların emissiyası bizim üçün çox əhəmiyyətlidir. Hal-hazırda Azərbaycanda bir sıra layihələri reallaşdırırıq. Məhz buna görə biz fəaliyyətimizə diqqət yetirik. Ola bilər ki, başqa bir istiqraz layihəsi olsun və ya tam başqa bir layihə ola bilər” – deyə Dmitri Pankin bildirib.
"Azərbaycanda yenə istiqraz buraxa bilərik"
16:04
2 Avq 2019