"Beyləqan Təmir-Tikinti" Açıq Səhmdar Cəmiyyətinin səhmləri dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, cəmiyyətin hüquqi formasını dəyişərək, "Beyləqan Təmir-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi səbəbi ilə, "Beyləqan Təmir-Tikinti" Açıq Səhimdar Cəmiyyətinə məxsus olan və Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş AZ 1001018055 Dövlət Qeydiyyat Nömrəli, Qiymətli kağız mülkiyətçilərinin reystirində nominal dəyəri 2.00 AZN olmaqla ümumi miqdarı 23801 miqdarda səhmlər dövriyyədən çıxarılır.
Qeyd edək ki, dövriyyədən çıxarılacaq səhmlərin ümumi dəyəri 47 min 602 manat təşkil edir.
Xatırladaq ki, "Beyləqan Təmir Tikinti" 18 dekabr 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 47 min 602 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Yusif Atakişiyev Aqil oğludur.