“Beyləqan Su-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 9 iyul 2023-cü il tarixdə, saat 12:00-da Beyləqan şəhəri, Heydər Əliyev küçəsi 12 ünvanında keçiriləcək.
Fəaliyyət göstərməyən şirkətin – SƏHMDARLARI TOPLANIR
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
“Beyləqan Su-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin Sarıyev Telman Bəylər oğluna məxsus səhminin (ümumi miqdarı 98.672%-i) satılması məsələsinə baxılması haqqında.
Qeyd edək ki, “Beyləqan Su-Tikinti” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 30 722 manatdır və qanuni təmsilçisi Elçin Kərimlidir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.