16.05.2024-cü il tarixdə “Oskar Tikinti Ticarət” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçilib.
FED.az xəbər verir ki, yığıncaqda Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi və bununla əlaqədar səhmlərin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərar qəbul edilib.
“Oskar Tikinti Ticarət” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat aşağıdakılardan ibarətdir:
1. emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer - “Oskar Tikinti Ticarət” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1903612461), AZ1008, Bakı şəhəri Nərimanov rayonu, Qarabağ, ev 22.
2. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi –16.05.2024-cü il tarixində keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının qərarına əsasən;
3. qiymətli kağızların dövlət qeydiyyat nömrəsi - AZ1001024624;
4. qiymətli kağızların növü və forması – adi, adlı (məhdudiyyətli) səhm;
5. qiymətli kağızların nominal dəyəri - 2,00 (iki) manat;
6. dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı – 1000 (bir min) ədəd;
7. qiymətli kağızların geri satın alınmasının başlama və başaçatma tarixi – bu məlumatın dərc edildiyi tarixdən etibarən 2 ay ərzində;
8. qiymətli kağızların geri satın alınması şərtləri (qiymətli kağızların geri satın alınma dəyəri, ödənilməsi qaydası, və s.) - adi adlı (məhdudiyyətli) səhmlər dövriyyədən çıxarılaraq, müvafiq olaraq paylara çevriləcəkdir.