“Sabunçu Sənaye İstehsal” ASC yenidən təşkil edilir.
FED.az xəbər verir ki, ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında yeni “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxsin yaranması ilə əlaqədar “Sabunçu Sənaye İstehsal” ASC-nin ümumilikdə 1.141.594 manat dəyərində 570.797 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.
“Sabunçu Sənaye İstehsal” ASC yenidən təşkil olunub və “Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti “Sabunçu Sənaye İstehsal” ASC-nin hüquqi varisidir.