2018-ci ildə investorlar tərəfindən 13 114 ədəd şərab istehsal edən müəssisələrə məxsus səhmlər alınıb satılıb ki, bu səhmlərin də ümumi dəyəri 26 min 228 manat təşkil edib.
FED.az xəbər verir ki, ən çox səhmi alınıb satılan sahələrdən biri də tikinti sektorunda çalışan müəssisələrin payına düşüb. Aparılan araşdırmadan belə bəlli olub ki, il ərzində 95 059 ədəd tikinti sahəsinə aid səhm ticarət olunub ki, bu səhmlərin qiyməti 319 min 280 manat təşkil edib.
Ticarət sahəsində isə 1999 ədəd səhm alınıb satılıb ki, bu səhmlərin də ümumi dəyəri 3998 manat göstərilir.
Tikiş evlərinin səhmlərinin cəmi sayı 2465 ədəd cəmi məbləği isə 2510 manat olub.
Eləcə də bax: Vergi Məcəlləsinin son variantı açıqlandı – TAM MƏTN - RƏSMİ
Balıq və Konserv zavodlarının isə 1103 ədəd səhmi satılıb ki, bu səhmlərin məbləği 1436 manat təşkil edib
Dəmir Beton zavodları 5685 səhmini satıb. Səhmlərin ümumi məbləği 6520 manat təşkil edib.
Ölkəmizdə olan bazarlar da ASC tiplidir. Bazarların il ərzində 3686 ədəd səhmi satılıb. Səhmlərin qiyməti 6277 manat təşkil edib.
Ən çox səhmi ticarət olunan sahə isə bank sektoru olub. Belə ki, bu sahədə ümumilikdə 1 096.327 ədəd səhm ticarət olunub ki, bu səhmlərin də ümumi məbləği 19 758 161 manat təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir