Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkətinin baş icraçı direktoru və prezidenti Andrea Kattaneo şirkətin 350 min ədəd səhmini satın aldığını açıqlayıb.
Eləcə də bax: $1000 qoyub 1 ildə $2100 götürmək olarmış – KƏSKİN BAHALAŞMA
FED.az “Report”a istinadən xəbər verir ki, London birjasında tədavül olunan şirkətin hər səhminin qiyməti təxminən 0,0141 funt sterlinq səviyyəsindədir.
Məlumata görə, bundan başqa, A.Kattaneo "Zenith Energy"nin birjada tədavül olunan ümumilikdə şirkət səhmlərinin 7,19%-ni təşkil edən 41,509 milyon səhmi alımı ilə də maraqlanır. Bundan başqa, şirkət rəhbəri "Zenith Energy"nin ümumi səhm paketinin 0,08%-ni təşkil edən 480 min səhmi ilə isə bilavasitə maraqlanır.
Qeyd edək ki, şirkətə ötən ilin oktyabrın 9-da reytinq agentliyi “Arc Ratings” tərəfindən “B + Pozitiv Outlook” səviyyəsində emitentin orta və uzunmüddətli kredit reytinqi verilib. Ötən ilin noyabr ayının 18-də isə şirkətə "Expert RA" reytinq agentliyi tərəfindən “B+” səviyyəsində emitentin kredit reytinqi verilib.
Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.
“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.