28 iyun 2024-cü il saat 10.00-da “Astara Çay–1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi inzibati binada baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin maliyyə balansının təsdiq edilməsi.
2. Seçkili orqanların yenidən seçilməsi.
3. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.
Telefon – 050-319-25-89.
Ünvan – Astara rayonu, Kijəbə qəsəbəsi.