«Lənkəran-Ət» ASC-nin ləğv edilməsi ilə əlaqədar şirkətin səhmləri də dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, cəmiyyətin AZ1001016828 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2 manat olan, ümumilikdə 422 306 manat dəyərində 211 153 ədəd adi, sənədsiz, adlı səhmləri silinərək dövriyyədən çıxarılır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.