BOKT "Viator Mikro Kredit Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxır.
FED.az bu barədə BOKT-un emissiya prospektinə istinadən xəbər verir.
Təklifin məqsədi emissiyanın məqsədi alternativ maliyyə resurslarının cəlb edilməsi yolu ilə Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi, kredit portfelinin artırılması yolu ilə mənfəətin əldə edilməsidir.
Anderrayter “CPM-İnvest İnvestisiya Şirkəti”dir.
istiqrazların tədavül müddəti 540 gün, illik gəlirliliyi 14%-dir.