Azərbaycanın tanınmış balıq istehsalı müəssisələrindən olan «Lənkəran Balıq Kombinatı» ASC-nin səhmləri satılacaq.
FED.az xəbər verir ki, bu məsələ ASC-nin səhmdarlarının toplantısında müzakirə ediləcək.
«Lənkəran Balıq Kombinatı» ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 30 dekabr 2021-ci il saat 14.00-da, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində yerləşən inzibati binasında keçiriləcək.
İclasda «Lənkəran Balıq Kombinatı» ASC-nin 2020-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması və müəsissənin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi müzakirə ediləcək.