Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin illik müqayisəli dinamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında hazırlanan cədvələ istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "Troni İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 149,7 dəfə və ya 586 milyon 067 min manat artıb.
Bu dövrdə "Xalq Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 6,9 dəfə, başqa sözlə 1 milyard 660 milyon manat artım qeydə alınıb.
“Invest-Az İnvestisiya Şirkəti”ndə artım isə 38,6%, yəni 583 milyon manat olub.
Bazarın liderləri olan “PAŞA Kapital İnvestisiya Şirkəti" və "ABB İnvest İnvestisiya Şirkəti" isə mütləq rəqəmlərdə ən böyük artımlara imza atıblar. Belə ki, “PAŞA Kapital”ın dövriyyəsi 43% və ya 11 milyard 018 milyon manat, “ABB İnvest”in dövriyyəsi isə 42,4%, başqa sözlə 8 milyard 465 milyon manat yüksəlib.
İnno Kapital İnvestisiya Şirkəti" ASC: Dövriyyəsini 42 milyon 239 min manat artıraraq 26.6%-lik yüksəliş əldə edib.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 11,2 dəfə və ya 2 milyard 045 milyon manat olmaqla "CFI Financial İnvestisiya Şirkəti" olub.
Həmçinin, MFX Trading İnvestisiya Şirkəti dövriyyəsini 2,6 dəfə (280 milyon 63 min manat) azaldıb. Bazarın iri iştirakçılarından olan Assist Finance İnvestisiya Şirkəti ASC isə 34% və ya 1 milyard 627 milyon manat həcm itirib.