2025-ci ilin yanvar-sentyabr ayları Azərbaycanın investisiya şirkətlərinin birja əməliyyatlarının ümumi dövriyyəsi bu dövr ərzində 60 milyard manatı ötüb.
FED.az xəbər verir ki, bazarın 83%-dən çoxu iki şirkətin – “PAŞA Kapital” və "ABB İnvest”in payına düşür.
Reytinq cədvəlinə 36 milyard 388 milyon manatlıq əməliyyat həyata keçirmiş "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC rəhbərlik edir. Ondan cüzi fərqlə geri qalan "ABB İnvest İnvestisiya Şirkəti" QSC isə 28 milyard 446 milyon manatlıq dövriyyə ilə ikinci pillədədir.
Əməliyyatların həcminə görə sonrakı yerləri Assist Finance İnvestisiya Şirkəti ASC (3 milyard 172 milyon manat) və "CPM-FİNANS İnvestisiya Şirkəti" QSC (4 milyard 282 milyon manat), "Xalq Kapital" (1 milyard 940 milyon manat), "Invest-Az" (2 milyard 095 milyon manat) və "Unicapital" (1 milyard 761 milyon manat) tutur. Bu beş şirkətin ümumi dövriyyəsi təxminən 13 milyard 250 milyon 258 min manat təşkil edir.
Əməliyyatları 1 milyarddan az olan şirkətlər "Capital Partners" (1 milyard 96 milyon manat) və "Troni İnvestisiya Şirkəti"dir (590 milyon 7 min manat). "CFI FINANCIAL" (200 milyon 599 min manat), "İnno Kapital" (201 milyon 31 min manat) və "MFX Trading" (170 milyon 348 min manat) isə bu il hələlik 170-201 milyon manat dövriyyə ediblər.