Oktyabrın 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 1092 gün (3 illik) müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.6714 AZN (7 faiz) və 101.3886 AZN (4.5 faiz) olan 19 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2488 AZN (4.5499 faiz), orta ölçülmüş qiyməti 101.3519 AZN (4.5131 faiz) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59 milyon 766 min 300 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il oktyabrın 8-də ödəniləcək.