Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zamanət Fondunun 20 milyon manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən FED.az-a bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 milyon manat olub. İstiqrazlar 2041-ci il iyulun 31-də ödəniləcək.
Qeyd edək ki, İpoteka Fondunun istiqrazları Azərbaycanda yatırım üçün heç də ən sərfəli variant sayılmır. Manatla, illik 3% gəlirliliklə buraxılan istiqrazlar, 22 il – 2041-ci ilədək dövriyyədə olacaq.
Faizlər üzrə ilk ödəniş müddəti isə 180 gündür, yəni ildə iki dəfə tşkil edir.
Belə şərtlərlə istiqraz almaq investorlar üçün o qədər də sərfəli olmasa da, Fond bu vəsaitləri ipoteka kreditləri (illik faizi 4%-dən başlayır) ayırmaq üçün istifadə edir.
Azərbaycanda 22 illik müddətə istiqraz buraxılıb - HAMISI SATILIB
19:56
13 May 2019