Dünya bazarında "Azeri Light" markalı xam neftin qiyməti dəyişməyib.
FED.az xəbər verir ki, buna səbəb İngiltərədə May gününün qeyd edilməsi olub.
“Erkən may bank bayramı” adlanan bu bayram hər il may ayının ilk bazar ertəsi günü keçirilir.
Xatırladaq ki, sonuncu dəfə ötən həftə “Azeri LT CIF”in 1 barelinin qiyməti 0,99 dollar və yaxud 1,33% artaraq 75,22 dollar/barelə bərabər olub.