Fevralın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərracda dövriyyə müddəti 2548 gün (7 il) olan dövlət istiqrazları satılacaq. İstiqrazların illik gözlənilən gəlirliyi 6%, bir istiqrazın nominal qiyməti 100 manat təşkil edir.
Sifarişlər BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək qəbul ediləcək. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Kuponlu, uzunmüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0110002950 |
Emissiya həcmi |
20 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
2548 gün |
Faiz ödənişləri (olduqda) |
9 avqust 2022-ci il, 7 fevral 2023-cü il 8 avqust 2023-cü il, 6 fevral 2024-cü il 6 avqust 2024-cü il, 4 fevral 2025-ci il 5 avqust 2025-ci il, 3 fevral 2026-cı il 4 avqust 2026-cı il, 2 fevral 2027-ci il 3 avqust 2027-ci il, 1 fevral 2028-ci il 1 avqust 2028-ci il, 30 yanvar 2029-cu il |
Faiz gəliri |
6.0 % |
Ödəmə tarixi |
30.01.2029 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.