2021-ci ilin 7 ayı (yanvar-iyul) ərzində Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 194 miluon 122 min manat cəlb edib.
FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 2,1 dəfə artıb. 2020-ci ilin yanvar-iyul dövründə 558 milyon 659 min manatlıq dövlət istiqrazları yerləşdirilmişdi.
Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə 290 milyon 137 minmanatdan 597 milyon 489 min manata yüksəlib.
2021-ci ildə Maliyyə Nazirliyi 1 milyard 895 milyon manat həcmində yeni daxili və xarici borclanma nəzərdə tutur. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür