Azərbaycan banklarının qiymətli kağızlara yatırdığı məbləğlər rekord həddə çatıb – 8,4 milyard manat və ya hazırkı məzənnə ilə təqribən 5 milyard dollar.
Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızların məbləği - AÇIQLANIB
FED.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna ölkə banklarının qiymətli kağızlaar yatırımları 8 milyard 338 milyon manata çatıb.
Bu bir il əvvəllə, yəni 2021-ci ilin sonu ilə müqayisədə 3,4 milyard manat və ya 70% artıqdır.
2020-ci ildən bəri bankların QK-lara yatırımları təqribən 2 dəfə, 2019-cu ildən bəri isə az qala 3 dəfə artıb.
Ölkə bankları mərkəzi Bankın notları bir yana, maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarını da «yerə düşməyə qoymurlar».
Nəticədə qiymətli kağızlara yatırımlar bankların ümumi aktivlərində rekord paya çatıb - 17,7%. Qeyd edək ki, 2021-ci ildə bu göstərici 12,7%, 2020-ci ildə 13,5%, 2019-cu ildə isə təqibən 10% olmuşdu.
Amma banklar arasında QK-lara maraq eyni həddə deyil. Ölkədəki 25 bankdan 5-i ümumiyyətlə bu mövzuya maraq göstərmir. 14 bankın qiymətli kağızlara yatırımları isə 10-100 milyon manat arasındla dəyişir.
QK-lara ən böyük vəsait yatıran banklar ölkənin 3 ən iri bankıdır. Bunlar – bank sektorunun lideri olan ABB bank və digər iki özəl bank – «Paşa Bank» və «Kapital Bank»dır.
İlk 3 bankın QK sektoruna yatırımları 7,26 milyard manat təşkil edir ki, bu da bütün bank sektorunun bu sahəyə yatırımlarının 87%-i deməkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür