Avropada müharibə riski fonunda EUR/USD məzənnəsi 1.14$-da müqavimətlə rastlaşaraq yenidən 1.13$-a enib. Güvənli liman maliyyə aləti kimi dollara olan tələbin artması, GBP/USD məzənnəsində də özünü göstərir. Funt sterlinq 1.36$-a qayıdıb. USD/JPY məzənnəsi də dəstək görməkdədir.
Dollar ilə yanaşı, qızıl da böhranlı dövrlərin aktivi kimi dəyər qazanmaqdadır. Enerji birjalarında da İran nüvə sazişi danışıqlarının davam etdiyi bir müddətdə İsrailin narahatlığını bildirməsindən sonra neft qiymətləri də yenidən 7 ilin maksimumuna yüksəlib.
Kriptovalyuta birjalarında da bitkoin 38000$-ı qırmaqla, ucuzlaşmanın 29000$-a kimi davam edəcəyi proqnozlarını gücləndirib.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.