"Güvənli liman" maliyyə aləti olaraq dollara artan tələbin ardından rekord qırmağa davam edən dollar indeksi 108 ilə son 20 ilin zirvəsində dalğalanır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri bildirir.
Bu gün Amerikada açılanacaq inflyasiya göstəriciləri öncəsi dollar indeksi dünya birjalarında yüksəlməkdə davam edir. Təhlillərə əsasən EU/RUSD və GBP/USD məzənnələri müvafiq olaraq 0.99$ və 1.18$ hədlərinə qədər ucuzlaşa bilər.
Yüksələn dollar indeksi fonunda qızılın qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən qızılın bir unsiya üzrə dəyəri 1700 dollaradək ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.