Avrozonada investisiyaların artması ehtimalları ilə avroda bahalaşma başlayıb. Bundan funt sterlinq də müsbət təsirlənir. Beləliklə, dolların ucuzlaşması ilə neft və qızıl qiymətləri də dəstək görməkdədir.
Bununla yanaşı, bu gün Amerikadan Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək işsizlik müavinətləri göstərici də investorların diqqət mərkəzində olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.