Dünya miqyasında, xüsusən də ABŞ-da güclənməyə davam edən resessiya qorxular və inflyasiya ilə bağlı qeyri-müəyyənliklərin təsiri ilə avro və funt sterlinq son 20 ilin minimumlarında ticarət olunur.
Baş verənlər qarşısında Avropa Mərkəzi Bankının səssizliyini qoruması isə EUR/USD cütlüyündə eniş tendensiyasının daha da dərinləşə biləcəyini proqnozlaşdırmağa imkan verir. Təhlillərə əsasən EUR/USD məzənnəsi 1.0180, GBP/USD cütlüyü isə 1.1800 hədlərinə qədər ucuzlaşa bilər.
İnvestorların artan resessiya qorxuları qızılı da təzyiq altında saxlayır. Təhlillərə əsasən 1760$-ın altına düşsə, qızılın bir unsiya üzrə dəyəri 1737$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.