ABŞ-da rekord inflyasiyadan sonra 1%-lik faiz artımı ehtimallarının daha da güclənməsi fonunda dollar major valyutalar qarşısında bahalaşmaqda davam edir.
FED-in ardıcıl faiz artımları və dolların investorlar tərəfindən etibarlı sığınacaq kimi görünməsi onun qlobal bazarlarda güclənməsinə dəstək verir. Nəticədə dollar indeksi son 20 ilin ən yüksək səviyyəsinə - 109.24 bəndə yüksəlib.Təhlillərə əsasən indeksdəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələrindəki eniş tendensiyası daha da dərinləşə bilər müvafiq olaraq 0.99$ və 1.17$ hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün Amerikada açıqlanacaq pərakəndə satış dövriyyəsinin və sənaye istehsalının həcmina dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
Qızılda eniş tendensiyası davam edir. Yüksələn dollar indeksi fonunda təzyiq altında qalan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1663$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.