Cümə axşamı Avropa Mərkəzi Bankının proqnozları üstələyərək faiz dərəcələrini 0.5% artırması fonunda avro və fun kəskin bahalaşsa da, gedişatda investorların Avropada resessiya qorxuları xəbərin təsirini üstələyərək yenidən EUR/USD və GBP/USD cütlüklərinin ucuzlaşmasına səbəb oldu. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələrindəki enişlər dərinləşə bilər.
Qeyd edək ki, bu gün Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada açıqlanacaq sənaye və xidmət sektorunda biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.
Qızıl cümə axşamı son 2 ildə 3-cü dəfə 1680$ həddinə kimi ucuzlaşsa da, yenə də bu həddən dəstək alaraq bahalaşdı. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1720$ həddinin üzərində möhkəmlənə bilsə, artım trendi sürətlənə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.