Avropa Mərkəzi Bankının sədri K.Laqardın iyul və sentyabr aylarında faiz dərəcələrini artıracaqlarına dair verdiyi açıqlamar, həmçinin dollar indeksindəki korrektiv enişlər fonunda EUR/USD, GBP/USD məzənnələrində eniş tendensiyası bir qədər səngiyib.
Təhlillərə əsasən EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.05$ və 1.22$ hədlərinin altına düşsə, eniş tendensiyası dərinləşə bilər.
Bu gün Bakı vaxtı ilə 10:00-da İngiltərədə inflyasiya göstəriciləri və 17:30-da FED sədri J.Povelin açıqlamaları investorların diqqət mərkəzində olacaq.
Hazırda qiymətli metallar bazarında 1825$-dan təklif olunan qızılın 1808$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.