İqtisadi inkişaf səviyyəsinə dair statistik göstəricilərin də müsbət açıqlanması dolların dünya birjalarında bir qədər də güc qazanmasına səbəb oldu. Bahalaşan dollara qarşı müqavimət göstərə bilməyən avro və funtda eniş tendensiyası daha da dərinləşir. Təhlillərə əsasən EUR/USD və GBP/USD cütlüklərində enişlər müvafiq olaraq 1.1000 və 1.3180 hədlərinə qədər dərinləşə bilər.
FED-in sərt monetar siyasətə keçidlə bağlı bəyanatından sonra geriləyən qızılda eniş tendensiyası davam edir. Hazırda 1798$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1790$ səviyyəsinin altına düşsə, 1763$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.