FED-in çərşənbə günü dərc olunan son toplantı protokollarında daha sərt monetar siyasətlə bağlı planların yer alması dolların aktuallığını artırıb.
Avropa Birliyinin Rusiyaya qarşı hazırladığı növbəti sanksiyalar paketi tərəflər arasında gərginliyin daha da dərinləşməsinə səbəb olur. Bu səbəblə də avro və funt üzərində təzyiqlər də artmaqdadır.
Bahalaşan dollar fonunda qızıl ucuzlaşmaqda davam edir. Hazırda 1920$ hədlərində ticarət olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1916$-ın altına düşərsə, eniş tendensiyası sürətlənə bilər.
Beynəlxalq Enerji Agentliyinin (IEA) ehtiyatlardan 120 milyon barel nefti istifadəyə açacağını açıqlamasından sonra Brent markalı neft birjalarda 103$-a kimi ucuzlaşıb. 100$ psixoloji həddi aşağıya doğru qırılsa, eniş tendensiyası sürətlənə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.