Qlobal iqtisadiyyatda müşahidə olunan yüksələn inflyasiya, zəifləyən makroiqtisadi göstəricilər fonunda FED-in sərt və qətiyyətli monetar siyasəti dolların öz aktuallığını qorumasına dəstək olur.
Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD məzənnəsi 1.0360, GBP/USD cütlüyü isə 1.1980 hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün İngiltərədə açıqlanacaq biznes aktivliyi indeksi göstəriciləri və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı investorların diqqət mərkəzində olacaqdır.
Uzunmüddətli inflyasiyanın qarşısının alınması üçün yüksələn faizlər fonunda investorların artan resessiya qorxuları qızılı da təzyiq altında saxlayır. Təhlillərə əsasən 1806$-ın altına düşsə, qızılın bir unsiya üzrə dəyəri 1794$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.