Almaniya və Avrozona sənayesinə dair nikbinliyin artması, EUR/USD məzənnəsinin də ucuzlaşması dinamikasının zəiflməsinə, yenidən bahalaşa biləcəyi proqnozlarının artmasına səbəb olub. Eyni mənzərə İngiltərə və GBP/USD məzənnəsində də müşahidə edilir.
Beləliklə, Amerika sessiyasında dəstək görən avro 1.1256$-ı da qırarsa, yeni güclü bahalaşma dalğası başlaya bilər. Funt sterlinq isə 1.32$-da güclü dəstək görə bilər. Əlvan metallar bazarlarında qızıl qiymətinin 1778$-da dəstək gördüyünün şahidi oluruq.
Kriptovalyuta birjalarında da bitkoinin qiyməti son bir ayın dəstək səviyyəsinin üzərində dalğalanır və 60500$ önəmli müqavimət səviyyəsidir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.