Həftənin ilk ticarət günü ABŞ Federal Ehtiyatlar Sisteminin artan inflyasiya ilə mübarizə məqsədilə aqressiv şəkildə faiz artırmağa davam edəcəyi ilə bağlı narahatlıqlar fonunda major valyutalar dollar qarşısında kəskin ucuzlaşır.
Hazırda 108 bənd hədləri üzərində qərarlaşan dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün Almaniya, Avrozona, İngiltərə və Amerikada dərc olunacaq həm sənaye, həm də xidmət sektorunda biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.
Major valyutalar kimi, qızıl da dollar qarşısında kəskin dəyər itirir. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1733$-ın altına düşsə, 1715$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.