Ukrayna müharibəsi fonunda sənaye sektorunda xammal təchizatında problemlərin, dövlət xərclərinin və neft qiymətlərinin 7 ilin maksimumu yeniləməsi ilə inflyasiya risklərinin artması müşahidə edilir. Bu, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma ehtimallarını da gücləndirir. Güvənli liman maliyyə aləti kimi qızıl da yenidən dəyər qazanmağa başlayıb.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan dərc ediləcək inflyasiya dair göstəricilər də böyük maraqla gözlənilir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.