Bugünün ən önəmli hadisəsi NFP göstəricisinin açıqlanmasıdır.
Proqnozlar ABŞ-ın əmək bazarında yaxşılaşmanın ola biləcəyi istiqamətindədir. Lakin yuxarıdakı hadisə son zamanlar Avrozona, xüsusilə də sənaye sektorunda artan nikbinlik fonunda EUR/USD məzənnəsinə təsiri baxımından zəif qala biləcəyi ehtimal olunur.
Təhlillərə əsasən, EUR/USD 1.1380, GBP/USD isə 1.3370-i qırarsa, hər iki aktivdə 2%-ə kimi bahalaşma proqnozlaşdırılır. Dollar indeksində eniş sürətlənərsə, əlvan metallar bazarlarında 1762$-da dəstək görə qızıl da yeni artım trendinə daxil ola bilər.
Kriptovalyuta birjalarında bitkoinin də cari həftənin dəstək səviyyəsi üzərində dalğalandığı müşahidə edilir. Önəmli müqavimət səviyyələri isə 59400 və 63000$ olaraq qalır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.