FED-in pul-kredit siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsi (FOMC) faiz dərəcəsi qərarını açıqlamaq bu gün toplanacaq.
Analitiklər bu iclasda mart ayında uçot dərəcəsinin artırılacağına dair işarə veriləcəyini proqnozlaşdırırlar. FED-in sərt monetar siyasətə keçid ehtimalları artdıqca EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası daha da dərinləşir. Proqnozlara əsasən EUR/USD cütlüyü 1.1180, GBP/USD cütlüyü isə 1.3340 hədlərinə qədər ucuzlaşa bilər.
İnvestorların diqqəti bu gün keçirilicək FED toplantısına yönəlsə də qızıl dünya birjalarında bahalaşmaqda davam edir. Sərt monetar siyasətə keçid dolları bahalaşdırsa da, yüksək inflyasiya qızılda artım tendensiyasının hələ bir müddət davam etməsinə səbəb ola bilər. Bu səbəbdən sərt pul siyasətinin başlanğıcında qızılın qiymətlərində sürətli və kəskin geri çəkilmə yaşanmaya bilər. Artım tendensiyasını davam etdirən qiymətli metal 1855$ həddini qırsa, 1870$ və 1880$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.