Avropa və İngiltərədə siyasi və iqtisadi risklərin yenidən artması, özünü EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmasında da göstərir. Güvənli liman maliyyə aləti kimi qızıla olan tələbin yüksək qalması ilə bir unsiya üzrə qiymət də 1800$ önəmli dəstək səviyyəsinin üzərində ticarət edilir.
Enerji birjalarında neft qiymətləri də dəyər qazanmaqdadır. Avropanın Brent nefti Asiya sessiyasında 87$-a ticarət edilib.
Kriptovalyuta birjalarında isə bitkoin təzyiq altında qalmaqdadır və 42 min dollar dəstəyin qırılması, ucuzlaşma trendinin sürətlənməsinə səbəb olacaqdır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.