Avropada, Ukraynada müharibə riskinin azalması, avro, funt sterlinqin dəstək görməsinə, neft və qızılın isə ucuzlaşmasına səbəb olub. Bu, eyni zamanda, inflyasiya risklərinin də azalmasına səbəb ola bilər. Beləliklə, tendensiya güclənərsə, avro və funt sterlinq də bahalaşma müşahidə edilə bilər.
Bu gün Bakı vaxtı ilə saat 23:00-da dərc ediləcək FED-in toplantı protokolu da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.