Amerika iqtisadiyyatında risklərin, xüsusilə də korona infeksiyaların artması fonunda dollara qarşı təzyiqləri artırıb. Bu, cümə axşamı sənaye sektorunda inflyasiyanın proqnozlaşdırılandan zəif dərc edilməsindən və əlverişsiz şəraitdə FED-in faiz artımı ehtimalları qeyri-müəyyənliyi daha da artırır. Beləliklə, EUR/USD, GBP/USD məzənnələri bahalaşmaqdadır. Əmtəə birjalarında qızıl və neft qiymətlərinin də dəyər qazanması proqnozlaşdırılır.
Bununla yanaşı, bu gün müvafiq olaraq Bakı vaxtı ilə saat 11:00 İngiltərə və saat 18:15-də Amerikadan sənaye istehsalına dair statistika rəqəmlərin dərc edilməsi də investorların diqqət mərkəzindədir.
Kriptovalyuta birjalarında bitkoin isə 44400$-da müqavimətlə rastlaşaraq, yenidən dəyər itirməyə başlayıb və 41400$-ın qırılması ilə eniş 3300$-a kimi sürətlənə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.