Dollar indeksində davam edən korrektiv enişlər fonunda EUR/USD və GBP/USD cütlüklərindəki artım tendensiyası qorunur. Təhlillərə əsasən dollardakı geriləmə davam edərsə, avro və funt dollar qarşısında müvafiq olaraq 1.0660 və 1.2430 hədlərinə qədər bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə 12:00-da Avropa Mərkəzi Bankının sədri Krisrtin Laqardın çıxışı investorların diqqət mərkəzində olacaqdır.
Hazırda qiymətli metallar bazarında 1822$-dan təklif olunan qızılın bir unsiya üzrə dəyəri bu həddin altına düşərsə, 1812$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.