Dollar indeksində müşahidə olunan korrektiv enişlər fonunda EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası səngiyib. Təhlillərə əsasən dollar indeksindəki geriləmə davam edərsə, avro və funt dollar qarşısında müvafiq olaraq 1.06$ və 1.24$-ə qədər bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə 10:00-da İngiltərədə ticarət dövriyyəsi və 12:00-da Almaniyada açıqlanacaq biznes mühüti indeksi kimi əhəmiyyətli göstəricilər investorların diqqət mərkəzində olacaqdır.
Hazırda qiymətli metallar bazarında 1825$-dan təklif olunan qızılın bir unsiya üzrə dəyəri 1822$-ın altına düşsə, 1805$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.