Bazar gözləntilərini üstələyən inflyasiya göstəricilərindən sonra ABŞ Federal Ehtiyatlar Sisteminin inflyasiyaya nəzarət etmək üçün sərtləşdirmə siyasətində daha da aqressiv addımlar ata biləcəyinə dair ehtimallar da artıb. Nəticədə dollar indeksi son 20 ilin maksimumlarında möhkəmlənib. Təhlillərə əsasən indeksdəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 0.99$ və 1.17$ hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün Amerikada açıqlanacaq digər inflyasiya göstəricisi olan istehsal qiymətləri indeksinə dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaqdır.
Qızılda eniş tendensiyası davam edir. Yüksələn dollar indeksi fonunda təzyiq altında qalan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1700$-a kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.