Amerikanın sənaye sektorunda biznes aktlviyi indeksinin çox yaxşı açıqlanmasından sonra dollar indeksi yenidən dəstək görüb və yüksəlib. Lakin texniki təhlillərə əsasən, yüksəliş korrektiv xarakter daşıyır və 96.35 punkta yenidən müqavimətlə rastlaşacağı proqnozlaşdırılır. Beləliklə, avro, funt və qızıl üzrə bahalaşma proqnozları güclü olaraq qalır.
Enerji birjalarında isə neft ehtiyatlarına dair göstəricilərin proqnozlaşdırılandan zəif açıqlanması qiymətlərin korreksiyasına səbəb olub. Asiya sessiyasında ilk sessiyadan dəstək görən bir barel Brentin qiyməti yenidən 71$-ı da qırarsa, bahalaşma trendi bərpa oluna bilər.
Kriptovalyuta birjalarında bitkoin də Asiya sessiyasında dəstək görməyə başlayıb. 59400$ müqaviməti qırılacağı təqdirdə bahalaşma 63000$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.