Bazar iştirakçılarının FED-in dekabr ayında keçirilməsi planlaşdırılan toplantısında uçot dərəcələrini 75% ehtimalla 0.50%, 25% ehtimalla isə 0.75% artıracağı proqnozlarını qiymətləndirməsi dollar indeksinin 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu. Təhlillərə əsasən dollar indeksindəki geriləmə davam edərsə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq 1.05$ və 1.22$-a kimi bahalaşa bilər.
Bu gün Almaniyanın iqtisadi inkişaf səviyyəsinə dair açıqlanacaq statistik göstəricilər investorların diqqət mərkəzində olacaq.
Dollar indeksindəki geriləmə fonunda qızıla tələb artır. Hazırda dünya birjalarında 1759$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1761$ həddinin üzərinə yüksəlsə, 1780$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.