Amerikadan Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək inflyasiya göstəriciləri öncəsi dollar dəyər itirməkdədir və avro, funt sterlinqə tələb artır.
Bunun əsas səbəbi FED sədri Jerom Povelin iqtisadiyyata dair etdiyi çıxışından sonra istiqraz gəlirliyinin yenidən düşməsidir. Bu, inflyasiyanın faiz artımını kölgədə qoyduğunun göstəricisidir. Bu özünü bahalaşan qızıl qiymətlərində də göstərir. Bununla yanaşı, enerji birjalarında neft qiymətlərinin daha da yüksəlməsi, inflyasiya fonunda narahatlıqları da artırır.
Kriptovalyuta birjalarında bitkoin də dəstək görərək, 42700$-a yüksəlib. Lakin təhlillər burada bahalaşmanın məhdud qalacağını və yenidən ucuzlaşacağını proqnozlaşdırmağa əsas verir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.