FED-in sürətli faiz artımı ehtimalları dünya bazarlarında Amerika iqtisadiyyatı fonunda narahatlıqları artırmaqla, avro, funt sterlinq, yen və qızılın dəyər qazanmasına səbəb olur.
Təhlillərə əsasən, EUR/USD 1.1377, GBP/USD 1.3697, qızıl 1832$-a kimi bahalaşa, USDJPY məzənnəsi isə 114 yenə enə bilər.
Enerji birjalarında İran nüvə sazişə dair müsbət xəbərlərin gəlməsi ilə korreksiya edən neft qiymətlərində bahalaşmanın dolların ucuzlaşması fonunda davam edəcəyi proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında bitkoin də maliyyə şərtlərin sərtləşməsi narahatlıqları ilə dəyər itirir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.