Amerika və Yaponiyanın birgə valyuta intervensiyasına gedəcəkləri ehtimalları dollarda bahalaşma dinamikasını zəiflətsə də trendin davam edəcəyi proqnozlaşdırılır. Avro, funt sterlinq, yen daha da ucuzlaşa bilər.
Bu, qızılın da ucuzlaşmasına səbəb olur. Qlobal artan risklər fonunda tələbin azalması ilə neft qiymətləri də ucuzlaşmaqdadır.
Kriptovalyuta birjalarında bitkoinin də 39000$ önəmli dəstək səviyyəsini qırdığı müşahidə edilir və beləliklə, ucuzlaşma 33000$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.