Dünya Bankının (WB) 2022-ci il üzrə proqnozunun endirildiyinin prezidenti tərəfindən açıqlandıqdan sonra güvənli liman maliyyə aləti kimi dollar indeksi yüksəlməkdə davam edib. Ukrayna müharibəsi və Çində korona karantin tədbirlərinin yenidən gücləndirilməsi, enerji qiymətlərinin, beləliklə, inflyasiyanın yüksəlməsinə və ticarətdə təchizatda maneələrin yaranmasına səbəb olur.
Qlobal inkişaf sürəti ehtimalı 4.1%-dən 3.2%-ə azalması xəbəri ilə EUR/USD, GBP/USD məzənnələri ilə yanaşı, qızılın da ucuzlaşdığı müşahidə edilir.
Təhlillərə əsasən, avro, funt sterlinq və qızıl müvafiq olaraq 1.0640, 1.2853 və 1944$-a kimi ucuzlaşmaqda davam edə bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.