İsveçrə Mərkəzi Bank (SNB) sədrinin yüksək inflyasiyanın müvəqqəti olduğuna dair fikirlərini açıqlamasından sonra EUR/USD, GBP/USD və USD/CHF məzənnələrində korreksiya başlayıb. Lakin bu Avropada güvəni artırmaqdan daha çox qeyri-müəyyənliyə səbəb olacaqdır və investorlar bunun təsdiqini statistikada da gözləyəcəklər.
FED isə Amerikada iqtisadiyyatın fundamental göstəricilərə əsasən, inkişaf etməkdə davam etməsi fonunda faizlərini yüksəltməkdə davam edir. Beləliklə, avro, funt sterlinq və frankın dollara nisbətən qiymətlərinin qlobal olaraq ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Kriptovalyuta bitkoin isə 39000$ üzərində dəstəyini qorumağa çalışır. Lakin gəlirliyin ənənəvi bazarlarda artması, burada bahalaşmanın da məhdud qalmasına gətirir.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.