Dünyada artan infeksiyalar fonunda qlobal iqtisadi risklərin də dərinləşməsi, birjalarda güvənli liman maliyyə aləti kimi dollar və qızılın da bahalaşmasına səbəb olur. Xəstəliklərin yayılması baxımında qarşıdan qış aylarının gəlməsini və enerji xərclərin artması da nəzərə alınarsa, son tendensiyanın davam edəcəyi proqnozlaşdırılır.
Beləliklə, avro 1.12, funt sterlinq 1.32$-a kimi ucuzlaşa, qızıl isə 1900$-a yüksələ bilər. Foreks bazarlarında dollar indeksinin yüksəlməsi, kriptovalyuta birjalarında bitkoinin də korreksiyasına səbəb olur. Burada növbəti artım dalğası üçün investorlar 66 min dollar müqavimətin qırılmasını gözləyirlər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.