Avrozona və İngiltərədə risklərin artması, avro və funt sterlinqin ucuzlaşmaqda davam etməsinə səbəb olur. Təhlillərə əsasən, EUR/USD 1.07, GBP/USD 1.28$-a kimi də ucuzlaşa bilər.
Qlobal risklərin artdığı bir şəraitdə FED-in faiz artımı ehtimalları, qızılı da təzyiq altında saxlayır. Brent nefti təklifin artması ilə dəyər itirməkdədir.
Kriptovalyuta birjalarında bitkoinin isə 42 min dolların altında qaldıqca, 40 min dollara kimi ucuzlaşacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.